Putin Ukrayna ilə bağlı mühüm mesajlar verəcək: Lukaşenko ilə görüşdən sonra
Rusiya prezidenti Vladimir Putin cümə axşamı Kremldə keçirəcəyi mətbuat konfransında Ukrayna ilə bağlı mühüm mesajlar verə bilər .
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O izah edib ki, hər şey jurnalistlərin suallarından asılı olacaq.
Cümə axşamı Putin və Belarus prezidenti Aleksandr Lukaşenko danışıqlardan sonra birgə mətbuat konfransı keçirəcəklər.
Bundan əvvəl ABŞ və Ukrayna nümayəndə heyətləri Ciddədə (Səudiyyə Ərəbistanı) danışıqlar aparıb. Danışıqlar zamanı Kiyev 30 günlük atəşkəsə və Vaşinqtonla mineral ehtiyatlar üzrə saziş imzalamağa hazır olduğunu bildirib. Buna cavab olaraq ABŞ Ukraynaya hərbi yardımın bərpa olunduğunu və kəşfiyyat məlumatlarının ötürüldüyünü açıqlayıb.