Putin Sahibə Qafarovanı ordenlə təltif etdi
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Rusiyanın “Dostluq” ordeni ilə təltif edilib.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.
Sərəncama əsasən, Sahibə Qafarova Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsində göstərdiyi xidmətlərinə görə, “Dostluq” ordeni ilə təltif olunub.