Putin Rusiyada koronavirusa qarşı ilk peyvəndin qeydiyyatdan keçdiyini elan edib

Baxılıb:718
Putin Rusiyada koronavirusa qarşı ilk peyvəndin qeydiyyatdan keçdiyini elan edib

AzTimes.az– ın Rusiya müxbiri Arzu Əliyevin verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib. O, COVID-19 infeksiyasına qarşı ilk peyvəndin Rusiyada qeydiyyatdan keçdiyini bəyan edib. “Bildiyim qədər bu gün səhər dünyada ilk dəfə yeni növ koronavirus infeksiyasına qarşı peyvənd qeydiyyatdan keçib”, – deyə Rusiya Prezidenti hökumət üzvləri ilə keçirdiyi iclasda qeyd edib. V. Putin Səhiyyə naziri Mixail Muraşkodan bu haqda ətraflı məlumat verməyi də xahiş edib: “Bilirəm ki, peyvənd olduqca effektiv təsir göstərir, dayanıqlı immunitet formalaşdırır. Təkrar edirəm ki, bu peyvənd bütün lazımi yoxlamalardan keçib”.

Arzu Əliyev, Moskva, /AzTimes.az/


Abunəlik