Putin Mi-24 helikopterinin vurulması barədə: “İlham Əliyev günahkarların cəzalandırılacağına söz verdi”
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya helikopterinin vurulması ilə bağlı hərtərəfli araşdırma aparılacağına və günahkarların cəzalandırılacağına söz verib.
TASS-ın məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Azərbaycan Prezidenti məni əmin etdi ki, başladılan cinayət işi çərçivəsində hərtərəfli araşdırma aparılacaq, günahkarlar cəzalandırılacaq”, – deyə V.Putin bildirib.