Putin imperiyanı dirçəltmək istəyir: Hədəf bu əraziləri ələ keçirməkdir
Ukrayna prezidenti Vladimir Zelenski xəbərdarlıq edib ki, Rusiya lideri Vladimir Putin dayandırılmasa, Ukraynada müharibə III Dünya müharibəsinə qədər böyüyə bilər.
“CBS News”-a verdiyi müsahibədə o, bu müharibədə bütün dünyanın təhlükə altında olduğunu vurğulayıb.
“Əgər biz möhkəm dayanmasaq, Putin irəliyə gedəcək. Bu, sadəcə olaraq boş spekulyasiya deyil, təhlükəli reallıqdır. Putinin son məqsədi Rusiya imperiyasını dirçəltmək və hazırda NATO-nun himayəsində olan əraziləri geri almaqdır. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, vəziyyət dünya müharibəsinə çevrilə bilər”.
Zelenski vurğulayıb ki, dünyada heç kəs üçün təhlükəsiz yer olmayacaq.