Putin bu ölkələri Ukraynanın üzərinə qaldırdı: Stalin sizin torpaqları onlara verib

Baxılıb:90
Putin bu ölkələri Ukraynanın üzərinə qaldırdı: Stalin sizin torpaqları onlara verib

Rusiya prezidenti Vladimir Putin Monqolustana səfəri öncəsi “Onoodor” qəzetinə müsahibə verib.

Putin Ukrayna müharibəsinin mənşəyi kimi ukraynalı neonasistləri və SSRİ rəhbərlərinin qərarlarını müzakirə edib.

O bəyan edib ki, Kiyev faciəsinin əsas səbəbi Amerika Birləşmiş Ştatlarının başçılıq etdiyi kollektiv Qərbin anti-Rusiya siyasətidir. Rusiya lideri qeyd edib ki, Vaşinqton onilliklərdir ki, Ukraynaya tam nəzarət etməyə çalışır: “Onlar anti-Rusiya təşkilatlarını maliyyələşdirir, həmçinin Rusiya Federasiyasının Ukraynanın əbədi düşməni və onun mövcudluğuna əsas təhlükə olması fikrini təbliğ edirdilər.

Bu gün biz Qərbin Ukraynaya qarşı destruktiv strategiyasının məntiqi nəticəsinin şahidiyik. Üstəlik, Qərb elitaları mövcud rejimə genişmiqyaslı siyasi, maliyyə və hərbi dəstək verməkdə davam edir, ona Rusiyaya qarşı mübarizədə silah kimi baxırlar”, – Putin bildirib.

Rusiya prezidenti amerikalıların neonasist qrupların köməyi ilə 2014-cü ildə Ukraynada çevriliş təşkil etdiklərinə və bundan sonra Kiyevin bütün siyasətini müəyyən etməyə başladığına diqqət çəkib. O, həmçinin vurğulayıb ki, çevrilişdən sonra ruslara məxsus hər şeyə nifrət Ukraynanın rəsmi ideologiyasına çevrilib və nəticədə Donbasda dinc əhalinin sonrakı soyqırımına gətirib çıxarıb.

“Biz Rusiyanın və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün xüsusi hərbi əməliyyat çərçivəsində qarşıya qoyulan bütün tapşırıqları ardıcıl olaraq yerinə yetirməyə davam edəcəyik”, – Putin vurğulayıb.

“Bütün xarici və daxili amillər kompleksi və SSRİ rəhbərlərinin qərarları Ukraynadakı hazırkı vəziyyətdə mənfi rol oynadı” deyən Putin xatırladıb ki, qonşu dövlətin yaradılması prosesi 1917-ci il inqilabından dərhal sonra, “bu ərazidə qeyri-sabit və qısamüddətli, dəqiq sərhədləri olmayan kvazi-dövlət birləşmələri yarananda” başlayıb. Putin qeyd edib ki, Böyük Vətən Müharibəsindən sonra İosif Stalin əvvəllər Polşa , Rumıniya və Macarıstana məxsus olan ərazilərin bir hissəsini Ukrayna SSR-yə verib.


Abunəlik