Probasiya şöbəsinin əməkdaşı anası ilə getmək istəməyən azyaslını hədələdi-VİDEO
AzTimes.az xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində yerləşən məktəblərin birinin qarşısında baş verib. Məhkəmə qərarı ilə bacı və qardaş ananın himayəsinə verilib. Ana məhkəmə probasiya şöbəsinin əməkdaşı və polis nəfəri ilə azyaşlıları götürmək istəyən zaman bacı və qardaş onunla getmək istəmədiklərini bildiriblər . Ana onları məcbur avtomobilə mindirməknistəsə də, niyyəti baş tutmayıb .Azyaşlılar ağlayaraq səs-küy salmağa başlayıblar . Bu zaman icraçı uşaqlara yaxınlaşaraq onların gözlərini çıxaracağı ilə hədələyib.