Prezidentlər RAZILIĞA GƏLDİLƏR – Moskvada bir araya gələcəklər (YENİLƏNDİ)

Baxılıb:21
Prezidentlər RAZILIĞA GƏLDİLƏR – Moskvada bir araya gələcəklər (YENİLƏNDİ)

Martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyanın Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng ediblər.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Səmimi və dostluq mühitində keçirilmiş telefon söhbəti zamanı prezidentlər dövlətlərarası münasibətlərin gələcək inkişafına dair fikir mübadiləsi aparıblar.

Vladimir Putin dövlət başçısını Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı Moskvada keçiriləcək təntənəli tədbirlərə dəvət edib.

Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib.

Dövlət baçşıları Moskvada Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə görüşəcəkləri barədə razılaşıblar.

Rusiya, Belarus, Tacikistan və Azərbaycan prezidentləri Vladimir Putin, Aleksandr Lukaşenko, Emoməli Rəhmon və İlham Əliyev mayın 9-da Moskvada görüşmək barədə razılığa gəliblər.

Bu barədə Kreml məlumat yayıb.

“Vladimir Putin, Aleksandr Lukaşenko, Emoməli Rəhmon və İlham Əliyev arasında telefon danışığı baş tutub.

Birgə qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefonla əlaqə saxlayıblar.

Səmimi, mehriban söhbət olub, liderlər dövlətlərarası münasibətlərin gələcək inkişafı ilə bağlı bir sıra aktual məsələləri müzakirə ediblər.

Mayın 9-da Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş bayram tədbirləri zamanı görüşmək barədə razılaşdırılıb”, – məlumatda deyilir.


Abunəlik