Prezidentin xüsusi nümayəndəsi: “Bu ay Şuşaya 25 min nəfər səfər edib”
Artıq Şuşa da digər bölgələrimiz kimi sürətlə yenidən qurulur. Bu ay şəhəri 25 min nəfər ziyarət edib.
Bu barədə Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı məlumat verib.
O qeyd edib ki, artıq şəhərdə 3 yaşayış kompleksində məskunlaşma aparılıb:
“Şuşa son illər mühüm tədbirlərə ev sahibliyi edir. Eyni zamanda, artıq 4 ildir ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə beynəlxalq konfranslar məhz bu şəhərdə keçirilir”.