Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin idarə rəisi, polkovnik Tərlan Qədirov vəfat edib.
Məlumata görə, hadisə bu gün Bakıda idman zalında baş verib.
Belə ki, təcili tibbi yardım çağırılsa da, anidən halı pisləşən idarə rəisinin həyatını xilas etmək mümkün olmayıb.