Prezidentin Laçın və Kəlbəcər səfəri REZONANS DOĞURDU

Baxılıb:166
Prezidentin Laçın və Kəlbəcər səfəri REZONANS DOĞURDU

“Qalib Ordunun Ali Baş Komandanı, Prezident İlham Əliyev Laçın və Kəlbəcər rayonlarına səfəri zamanı çıxışında hazırkı hərbi-siyasi vəziyyəti qiymətləndirdi, Ermənistana və onun havadarlarına hədəfli mesajlar ünvanladı”.
Laçın və Kəlbəcər rayonları strateji bölgələr hesab edilir. Bu rayonlar 1992-1993-cü illərdə o, dövürdə hakimiyyətinin xəyanəti nəticəsində Ermənistan tərəfindən işğal edilmişdi. Bununla da Ermənistanla Qarabağ arasında quru əlaqəsi yaranmışdı. Bu da Azərbaycanın digər rayonlarının işğalına şərait yaratmışdı. Lakin 2020-ci ildə Prezident İlham Əliyevin diplomatik səyləri ilə bir güllə atılmadan düşmən işğalından tamamilə xilas olundular
Kəlbəcər və Laçın rayonlarının genişmiqyaslı döyüşlər və çoxsaylı itki olmadan azad edilməsi Azərbaycan Prezidentinin diplomatik məharəti, Azərbaycan Ordusunun gücünün nəticəsidir.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Zəfərlə yekunlaşan İkinci Qarabağ müharibəsində bir çox miflər məhv olunub: “Yenilməz erməni ordusu” mifi dağıdılıb, erməni ordusu məhv edilib, hərbi texnikaları isə “Qənimətlər Parkı”ndadır. “Qəhrəman erməni əsgəri” mifi məhv edilib. 44 gün ərzində Ermənistan Ordusunda 10 min fərari olub, Azərbaycan ordusunda bir əsgər də fərarilik etməyib.
Eyni zamanda “Azərbaycanlılar vuruşmayacaqlar” mifi dağıdıldı. “Ermənilər qədim tarixə və mədəniyyətə malikdir, “Qafqazda mədəniyyət ocağıdır” mifi də dağıdıldı. Yerlə yeksan olunmuş şəhər və kəndlər, dağıdılmış qəbirlər, sökülmüş məscidlər düşmənin əsl simasını göstərdi”.
Qeyd edək ki: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfəri Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Anadolu agentliyi, “TRT Haber”, “TRT Avaz”, “Haber Global” telekanalları, “Sabah”, “Yeni akıt”, “Hüriyyət”, “Milliyet” qəzetləri və digər media qurumları səfərin təfərrüatlarını türkdilli ictimaiyyətə geniş şəkildə çatdırıblar.
Bölgənin füsunkar gözəlliyi, Prezident İlham Əliyevin Kəlbəcərdə dövlət bayrağımızı yüksəltməsi, dövlətimizin başçısının yerli sakinlər, eləcə də arıçılarla görüşü və səmimi söhbəti orijinal kadrlar əsasında materialda əksini tapıb. Bu videomaterial digər media qurumları tərəfindən də sürətlə yayılıb.

Bu səfər zamanı Prezident bir daha bəyan etdi ki, Zəngəzur və Göyçə mahalından zorla qovulan vətəndaşlarımızın tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar, biz bunu sonrakı mərhələyə saxlayırıq. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Prezidenti strateji hədəflərə mərhələli şəkildə nail olmaq üçün aydın proqrama, müdrik siyasi uzaqgörənliyə sahibdir”.

AzTimes.az


Abunəlik