Prezidentin iradəsinə qarşı çıxan İmişli Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Məmmədov barəsində tədbir görüləcəkmi?- Vıdeo

Baxılıb:607
Prezidentin iradəsinə qarşı çıxan İmişli Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Məmmədov barəsində tədbir görüləcəkmi?- Vıdeo

Prezidentin  iradəsinə qarşı çıxan İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovun oğlu, Azərbaycan Kooperasiya Universitetində təhsil almış  Sabir Məmmədlinin gecə həyatına xərclədiyi külli miqdarda pulların mənbəyi haradır? Bir neçə yüz manat əmək haqqı alan məmurun heç bir yerdə işləməyən  övladı bu qədər vəsait necə əldə edir? 

“Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”. Bu sözlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məxsusdur. Xatırladaq ki, cənab Prezidentin yuxarıda söylədiyi fikirləri hər bir dövlət məmuru dinləyib və oxuyub. İnanmırıq ki, ölkədə bunun əksini söyləyən məmur olsun. Əgər varsa, o halda bütün sorumluluq həmin dövlət görəvlisini vəzifəyə təyin edən konkret şəxsdə və qurumdadır.
Artıq bir ildən artıqdır ki, Zaur Mikayılovun rəhbərlik etdiyi Meliorasiya və Su Təsərrüfatı ASC-yə tabe olan İmişli Suvarma Sistemləri idarəsinin rəisi, əməlləri ilə Prezident iradəsinə qarşı çıxmış Nizami Məmmədovla bağlı araşdırmalarımız davam edir. Xatırladaq ki, ölkə Prezidentinin məmurların özləri üçün böyük məclislər, təmtəraqlı toylar, yubileylər təşkil etməsini kəskin tənqid edən çıxışı zamanı, “bunu yığışdırın, bəsdirin” – deyə konkret göstəriş verməsinə baxmayaraq, İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədov bunlara əhəmiyyət vermir. Martın 8-də Nizami bəyin  doğum günüdür. Bir neçə il bundan öncə paytaxtın ən bahalı restoranlarından birində “ALTUN” sarayda özü üçün ölkə şou-biznes nümayəndələrinin iştirakı ilə 50 illik yubiley tədbiri keçirmişdi. Mənbənin verdiyi məlumata görə şou-biznes nümayəndələrinin, hətta klounların belə qatıldığı məclis gecənin gec saatlarına qədər davam edib. Olduqca təmtəraqlı keçən məclisin foto və video görüntüləri KİV-də dərc olunmuşdu. 

Məsələnin ən qəribə tərəfi isə o, oldu ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin keçmiş sədri  Əhməd Əhmədzadə və İmişli rayon İcra hakimiyyətinin sabiq başçısı, hazırda həpsdə olan, Nizami Məmmədovla çox isti münasibətdə olan, hal- hazırda da münasibətləri davam edən Vilyam Hacıyev israrla İmişli Suvarma Sistemləri idarəsinin rəisi, Prezident iradəsinə qarşı çıxan Nizami Məmmədovu himayə etmişdilər.. Əgər belə olmasaydı  hər iki qurumun rəhbərliyi və ya müvafiq strukturlar məsələyə rəsmi münasibət bildirərdilər. Lakin bu günə qədər nə Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri dəyişsə də Nizami Məmmədov yenə öz ampulasındadı.Maraqlıdır, Əhməd Əhmədzadə üçün həm də yeni sədr Zaur Mikayılov üçün Prezident iradəsinə qarşı çıxan İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovun özəlliyi nədir? Sözsüz ki, məhz bu suala cavab alana qədər araşdırmalarımız davam edəcək. Əslində bu araşdırmalarımızın nədəni ölkə Prezdentinn mediaya verdiyi önəmdir. “…Bizim mətbuatımız ölkədə gedən müxtəlif proseslərlə bağlı operativ məlumat verir. Onu da qeyd etməliyəm ki, bir çox hallarda ölkədə, misal üçün, hər hansı pozuntular baş verdikdə, qüsurlar olanda, yaxud da, hər hansı bir xoşagəlməz vəziyyət yarananda mən məlumatı, o cümlədən mətbuatdan əldə edirəm. Bu, mənim üçün də çox əhəmiyyətlidir.
Çünki yəqin, siz də bilirsiniz ki, Prezidentin hadisələrlə bağlı bilavasitə mətbuata çıxışı yoxdur, vasitəçilər, köməkçilər, administrasiya işçiləri, digər mənbələr var. Ona görə, bəzi hallarda məlumat ya gecikir, ya gəlmir, ya da, o da sirr deyil ki, məlumatı gizlətmək istəyirlər. Ona görə, Azərbaycanda azad mətbuatın mövcudluğu mənim də işimi yüngülləşdirir. Administrasiyada, digər yerlərdə, digər strukturlarda işləyənlər bunu bilirlər ki, mən bəzi hallarda məlumatı onlardan tez əldə edirəm və dərhal reaksiya verirəm. Ən azı, bu, yoxlanılmalıdır, əgər həqiqətdirsə ölçü götürülməlidir.” Xatırladaq ki, Prezident iradəsinə qarşı çıxan məmurun – İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovun əməllərini yoxlamağa ehtiyac qalmır. Redaksiyamıza onu etdiyi qanunsuzluqlarla bağlı foto və video görüntülər təqdim olunub. İmişlinin mərkəzindən keçən MTS-adlanan kanal illərlə təmizlənmir. Kanaldan gələn üfunət iyindən ətrafda yaşayan sakinlərin bəziləri evlərini satmaq məcburiyyətində qalıblar, lakin Nizami Məmmədov  hər kvartal kanalın təmizlənməsi adıyla on minlərlə vəsaiti silərək mənimsəyir.Kanalın mühafizə zolağı, hətta kanalın üstü belə imkanlı şəxslərə satılb və
ticarət obyektləri tikilib. Onu da qeyd edək ki,  araşdırmalarımızın nəticəsi olaraq Nizami Məmmədovun Azərbaycan Kooperasiya Universitetində təhsil almış tələbə oğlu Sabir Məmmədlinin gecə həyatı ilə bağlı da çoxsaylı faktlar qarşımıza çıxdı. Xatırladaq ki, ərəb şahzadələrinin əyləncələrindən geri qalmayan Sabir Məmmədlinin həyat tərzi atası – Prezident iradəsinə qarşı çıxan İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədlinin sahib olduğu kapitalın göstəricidir. Və biz bir daha media mənsubu olaraq  Meliorasiya və Su Təsərrüfatı ASC-nin Zaur Mikayılovdan saytımız vasitəsilə soruşuruq: Vaxtilə Prezident iradəsinə qarşı çıxan İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovun oğlu Sabir Məmmədlinin gecə həyatına xərclədiyi külli miqdarda pulların mənbəyi haradır? Bir neçə yüz manat əmək haqqı alan məmurun heç bir yerdə işləməyən  övladı bu qədər vəsait necə əldə edir? Dəyərli oxucuların diqqətinə çatdıraq ki, Nizami Məmmədovun  oğlu,  Sabir Məmmədli eyni zamanda “peşəkar avtoş”  imiş.
Sabir Məmmədlinin gecə həyatı, o cümlədən “peşəkar” avtoşluğu əks olunan foto və video görüntüləri dəyərli oxucuların, o cümlədən MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI ASC-NİN SƏDRİ ZAUR MİKAYILOVUN diqqətinə təqdim edəcəyik. Xatırladaq ki, avtoş məmur oğlu ərəb şeyxlərinin ərköyün övladları sayaq paytaxtda keçirilən əksər beynəlxalq tədbirlərin açılış və bağlanış mərasimlərinin təşkil edildiyi Olimpiya stadionunun ərazisində, atasının aldığı xarici markalı, bahalı avtomobili ilə “məharətini” göstərir. Yerləşdirdiyimiz videosujet onu göstərir ki, Nizami Məmmədov işinin deyil, yeyintinin peşəkardır, əks halda rayonun mərkəzindən keçən su kanalı bu vəziyyətdə olmazdı.
Araşdırmalarımız davam edir. 


Abunəlik