Prezidentdən Orxan Sultanovla bağlı – Sərəncam
Prezident İlham Əliyev Orxan Sedyar oğlu Sultanova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-polkovnik ali hərbi rütbəsi verilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.