“Prezident maskasız görüşə bilir ,deputat yox?”-Deputat köməkçisindən BİYABIRÇI müqayisə/FOTOLAR
Milli Məclisin (MM) 55 saylı Xaçmaz şəhər Seçki Dairəsindən seçilmiş deputatı Eldəniz Səlimov seçicilərini qəbul edib.AzTimes.az xəbər verir ki, görüş zamanı deputatın maskasız olması sosial şəbəkələrdə fikir ayrılığına və müzakirələrə səbəb olub.
Deputat köməkçisi Kamal Laçınov bu məsələyə haqq qazandırmaq üçün şərhlərə prezidentin maskasız fotolarını yukləyərək prezidentin də görüşlər zamanı maska taxmağını bildirib. Şərhlərdə izləyicilərə sərt cavablar verən köməkçi insanlara niyə prezidentə irad bildirməyib məzh millət vəkilindən səhv tutmaq istədiklərini yazıb. Fotoları sizə təqdim edirik: