Prezident İlham Əliyevin 6 il öncə Gəncəyə səfəri zamanı məşhurlaşan Ümidlə bağlı ŞAD XƏBƏR

Baxılıb:195
Prezident İlham Əliyevin 6 il öncə Gəncəyə səfəri zamanı məşhurlaşan Ümidlə bağlı ŞAD XƏBƏR

Prezident İlham Əliyevin 6 il öncə Gəncəyə səfəri zamanı məşhurlaşmış Ümid Həbibov bu il qəbul imtahanlarında yüksək bal toplayıb.
AzTimes.az xəbər verir ki, o, seçim olaraq ADA Universitetinə üstünlük verib. Bu gün isə seçdiyi universiteti ziyarət edib. Xatırladaq ki, 2014-cü il oktyabrın 18-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncədə səfərdə olarkən şəhərin gənc sakini Ümid Həbibovla görüşmüşdülər. 2015-ci ilin martın 19-da isə dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva ad günü münasibətilə Ümid Həbibovu Prezident Sarayına çay süfrəsinə dəvət etmişdilər.Ümid o zaman 5-ci sinif şagirdi idi, indi isə tələbə adını qazanmış ümidli gələcək!


Abunəlik