Prezident Həbibbəylinin oğlunu vəzifəsindən azad etdi
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib.
Bununla da komitəyə indiyə kimi sədrlik edən gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli vəzifəsindən azad olunub.
Qeyd edək ki, S.Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəylinin oğludur.
Milli.az