Prezident Administrasiyasında YENİ TƏYİNAT – AzTV-nin studiya direktoruna vəzifə verildi (FOTO)
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) əməkdaşı Tural Məmmədov Prezident Administrasiyasının mətbuat xidmətinə təyin olunub.
AZTİMES.az konkret.az-a istinadən xəbər verir ki, o, AzTV-nin İnformasiya Proqramları Studiyasının baş direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, peşəkar televiziya jurnalisti kimi tanınan Tural Məmmədovun atası tanınmış jurnalist Əhməd Qədiroğludur. O, uzun müddət AzTV-nin Gəncə üzrə xüsusi müxbiri işləyib.