Prezident 625 nəfəri əfv etdi
Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı 625 nəfərə şamil edilib.
Aztimes.Az xəbər verir ki, sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 475 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Bununla yanaşı, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Eyni zamanda ömürlük məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.
Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər cəzadan azad edilib.
Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş doqquz nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
İslah işləri cəzasına məhkum edilmiş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər.
Cərimə cəzasına məhkum edilmiş 23 nəfər isə cəzadan azad edilib.Oxu.Az.