Prezident 2 nəfərə general-leytenant, 3 nəfərə general-mayor rütbəsi verdi
Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
AzTimes.az xəbər verir ki, sərəncamla Fövqəladə Hallar Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general-leytenant” ali hərbi rütbəsigeneral-mayor İlham Əyyub oğlu Abdullayevəgeneral-mayor Şahmar Ənvər oğlu Paşayevə
“general-mayor” ali hərbi rütbəsipolkovnik Adil Ələsgər oğlu Abdullayevəpolkovnik Əşrəf Məmməd oğlu Qasımovapolkovnik Raul Süleyman oğlu Zeynalova