Polşa Ukraynaya qoşun yeridəcək – RAZILIQ VERİLDİ
Polşa öz qoşunlarının Ukraynaya göndərilməsinə icazə verir.
Bu ehtimalı “Gazeta Wyborcza”ya müsahibəsində ölkənin xarici işlər naziri Radoslav Sikorski deyib.
O, “Biz heç bir ehtimalı istisna etməməliyik” deyib.
Polşa Xarici İşlər Nazirliyinin rəhbərinə NATO-nun nüvə silahlarının Polşada Nüvə Paylaşımı proqramı çərçivəsində yerləşdirilməsi ilə bağlı da sual verilib.
“Bu təşəbbüs nə qədər ictimai müzakirə edilsə, bir o qədər yaxşıdır”, – deyə Sikorski cavab verib.