Polislər ağac əkdilər

Baxılıb:213
Polislər ağac əkdilər

Ölkəmizin bütün bölgələrində olduğu kimi Saatlıda rayonunda da şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, müxtəlif tədbirlər keçirilib.
AzTimes.az xəbər verir ki, Anım Günü ilə əlaqədar Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, Vətən uğrunda canlarından keçən soydaşlarımızı, eləcə də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəhid hərbi qulluqçusu Anar Məmmədovun məzarını ziyarət ediblər, önünə gül dəstələri düzüblər.
Daha sonra isə Anım Günü ilə əlaqədar olaraq polis əməkdaşları rayon ərazisində ağacəkmə aksiyasında iştirak ediblər. Asayiş keşikçiləri iqlim şəraitinə daha uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı, 135 ədəd müxtəlif ağaclar və güllər əkiblər. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qaydada qulluq göstərilib, ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb.


Abunəlik