Polis xidmətdə olarkən bıçaqlandı
Gəncədə bıçaqlanma hadisəsi olub.
Aztimes.az-ın xəbərinə görə, şəhər sakini, 1985-ci il təvəllüdıü Abdiyev Mürşüd sol qolunun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyəti normal qiymətləndirilir.
Məlumata görə, M.Abdiyev xidmət zamanı bıçaqlanıb. Ona bıçaq xəsarəti yetirən şəxsin saxlanıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır./ APA