Polis Şamaxıda reyd kecirdi

Baxılıb:160
Polis Şamaxıda reyd kecirdi

Şamaxıda karantin qaydalarını pozan otelin icarədarı 4 min manat cərimələnib

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  toy mərasimlərinin keçirildiyi obyektlərdə yoxlamalar aparılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,  keçirilən yoxlamalar zamanı  rayonun Çuxuryurd kəndi ərazisində yerləşən “Star” oteldə təşkil edilən toy mərasimində məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, eləcə də müəyyən edilən say həddindən artıq qonağın iştirakı aşkarlanıb. Aşkarlanan pozuntularla bağlı otelin icarədarı Məqsəd Bağırov  inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat cərimələnib


Abunəlik