Polis Şabranda məktəblilərlə görüşdü

Baxılıb:157
Polis Şabranda məktəblilərlə görüşdü

AzTimes.az xəbər verir ki, Şabran Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 3 nömrəli tam orta məktəbində “Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Şagirdlərlə görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Niyaməddin Əlihəsənov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Həmçinin, çıxış edən RPŞ-nin digər əməkdaşları “Ağ ölüm”ə qarşı mübarizədə maarifləndirmə işinin də vacibliyini qeyd ediblər. Gəncləri zərərli vərdişlərdən uzaq tutmaq üçün təhsil müəssisələrində bu formada tədbirlərin həyata keçirildiyini vurğulayıblar.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Abunəlik