Polis Qubada keçirilən toya belə daxil oldu-FOTOLAR

Baxılıb:274
Polis Qubada keçirilən toya belə daxil oldu-FOTOLAR

Qubada  qanunsuz toy mərasimi keçirən restoran sahibi cərimələnib

    AzTimes.az xəbər verir ki,   Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Çənlibel” restoranında adı rəsmi portalda qeydiyyatda olmayan və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.

Obyektin sahibinə əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.Rayon Polis Şöbəsi əməkdaşları qeyd olunan restoranda qanunvericiliyin tələblərinə müvafiq olaraq restoranın sahibi barədə inzibati protokol tərtib edib.


Abunəlik