Polis ölkədə 48 cinayətin üstünü açdı

Baxılıb:41
Polis ölkədə 48 cinayətin üstünü açdı

Fevralın 21-də ölkə ərazisində qeydə alınan 48 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.


Abunəlik