Polis mayoru “TikTok”da yayımlanan videoya görə işdən çıxarıldı – FOTO

Baxılıb:678
Polis mayoru “TikTok”da yayımlanan videoya görə işdən çıxarıldı – FOTO

Rusiyada polis mayoru “TikTok”da yayımlanan videoya görə işdən çıxarılıb.

AzTimes.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Xabarovsk diyarı üzrə informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İrina Şeqolevaya istinadən xəbər verib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə aparılan monitorinq zamanı, mayor forması geyinmiş qadının müxtəlif üz hərəkətləri edən videosu aşkarlanıb.

“Xabarovsk polis şöbələrindən birinin rayon təmsilçisinin iştirakı ilə hazırlanan bu videonun görüntülərinin daxili işlər orqanlarının əməkdaşlarının şərəfini ləkələyir”, – deyə Şeqoleva bildirib.

Onun sözlərinə görə, videonun müəllifinə qarşı rəsmi yoxlama aparılıb və nəticədə işdən çıxarılıb.


Abunəlik