Polis mayoru ağır qəzaya DÜŞDÜ

Baxılıb:140
Polis mayoru ağır qəzaya DÜŞDÜ

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə Bakı-Qazax  magistral yolunun rayonun Hacıməlik qəsəbəsi ərazisindən keçən hissəsində  qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Qasımov Qubat idarə etdiyi “Khazar” markalı minik maşını ilə hərəkətdə olan zaman avtomobilin təkərinin partlaması nəticəsində idarəetməni itirib. 

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, polis mayoru olan Qubat Qasımov Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinin  əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Qafqazinfo


Abunəlik