“Poliklinikalar və apteklər təcili nəzarətə götürülməlidir” – ÖZBAŞINALIQ HÖKM SÜRÜR
“Poliklinikalar və apteklər təcili nəzarətə götürülməlidir”.
Pravda.az-ın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Musayev deyib.
M.Musayev bildirib ki, bu sahədə özbaşınalıq hökm sürür: “Hər kəs öz cibini güdür, vətəndaşlar çıxılmaz durumdadır. Şəxsi mənafelər və maddiyat önə çəkilib. Dəllal bazarı səhiyyəni iflic edib”.