Poçt şöbəsində oğurluq baş verdi

Baxılıb:299
Poçt şöbəsində oğurluq baş verdi

Biləsuvar rayonunun 1 nömrəli poçt şöbəsində oğurluq hadisəsi olub.

Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis kapitanı Bəhruz Muradov “Aztimes.az” a açıqlamasında bildirib ki, keçirilən təxirəsalınmaz əməliyyat-axtarışları nəticəsində hadisəni törətmiş şəhər sakini Sərvərli Sərvər Mübariz oğlu yaxalanıb. O, poçt şöbəsinin seyfini, bir ədəd çap aparatını, vətəndaşlara gələn kiçik bağlamaları oğurlayıb. Dəymiş zərər müvafiq akt tərtib edildikdən sonra dəqiq açıqlanacaq.

Hazırda faktla bağlı istintaq aparılır.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir