“PKK dəstələrinin Qarabağa sığınması Azərbaycanda böyük terror hadisələrinin olacağına işarədir”
24 aprel 1915-ci il, ermənilərin bütün dünyaya car çəkdikləri “erməni soyqrımı” günü qeyd olunur. Ermənilər bunu əllərində bayraq edərək, türklərin onlara qarşı törətdikləri böyük bir “qətliam” kimi göstərməyə çalışırlar. Hazırda 200 nəfərdən ibarət qrup 1915-ci il 24 aprel hadisələrinin ildönümü ilə əlaqədar bu gün fəaliyyətlərini elan edəcək.
Politoloq Ramiyə Məmmədova açıqlamasında bildirir ki, bu dəstənin içərisində Kandil və Qamışlıdan gələn birliklərdən olan ermənilər toplaşmışdır:
“Bildiyiniz kimi, 200 nəfərdən ibarət olan yeni bir “erməni dəstəsi” PKK və YPK peyda olub. Onlar, 104 il bundan öncə 1915-ci ildə əcdadlarına qarşı baş vermiş “qətliam”ın intiqamını almaq məqsədilə toplaşmış dəstədir. Bunlar həm də Ağrı bölgəsindən Ermənistana keçiblər. Qrup eyni zamanda Qarabağ separatçılarına dəstək vermək üçün, Azərbaycan ərazilərinə də keçiblər. Bunların içərisində Kandil hərəkatında iştirak etmiş bəzi ermənilər də var. Onlar Ağrının “Boto Kartalları” adlı birliyin üzvləridilər.
Politoloqun fikrincə, terrorist başçıları Ağrı dağdan Ermənistana keçmiş terrorçulara başçılıq etmişdir:
“Onlar Livan Qarabağlı, Hameran Kerveçyan və Servet Bağışyandır. Bu üç terrorist Ağrı dağdan Ermənistana keçmiş terrorçulara başçılıq etmişdir. Terrorçu dəstə başçıları Qarabağa keçərək separatçılara dəstək verəcəklərini bəyan edərək, bununla da türklərdən bütün ermənilərin qisasını alacaqlarını bildirmişlər”.
Ramiyə Məmmədova bildirir ki, PKK dəstələrinin qaçaraq, gəlib Ermənistanda və yaxud da Qarabağda sığınması Türkiyədə və Azərbaycanda böyük terror hadisələrinin olmasına işarədir:
“Bu gün Türkiyə dövləti Suriyada PPK-ya qarşı böyük savaş edir. Savaşın nəticəsi olaraq, PKK-nın bir çox dəstələri Suriyada və Kandildə tələf olunmuşdur. Bunun nəticəsi olaraq, PKK-nın bir çox dəstələri, türk ordusunun qorxusundan qaçaraq, gəlib Ermənistanda və yaxud da Qarabağda sığınması Türkiyədə və Azərbaycanda böyük terror hadisələrinin olmasına işarədir.Buna qarşı olaraq, bu gün Türkiyənin mediaya verdiyi bəyanatlara əsasən demək olar ki, Türkiyə bütün sahələrdə olduğu kimi terrorla mücidilədə də Azərbaycana dəstək verəcək.
Türkiyə terrorla mücadiləsindən istifadə edərək,öz ordusunu Qarabağa və onun ətrafına da yerləşdirə bilər. Bununla da Türkiyə, Qarabağ münaqişəsində Azərbaycana böyük dəstək vermiş olacaq. Türkiyə tərəfindən bildirilmişdir ki, PKK harda olursa olsun, biz mübarizə aparacayıq”.
Elşən Yəhyayev /AzTimes.az/