Pezeşkiandan ABŞ-a YAZILI XƏBƏRDARLIQ – “Tehranın etibarını bərpa etmək üçün…”
İran Prezidenti Məsud Pezeşkian ABŞ-a məktub göndərərək, Tehranın Vaşinqtonla birbaşa danışıqlardan imtina etdiyini bildirib.
Bu barədə “Mehr” məlumat yayıb.
Siyasətçi qeyd edib ki, respublika dolayı təmaslardan imtina etməyib və heç vaxt dialoqdan yayınmayıb. Pezeşkian, mövcud problemlərin səbəbinin vədlərin pozulması ilə əlaqəli olduğunu və Tehranın etibarının Vaşinqtonun keçmiş davranışlarını düzəldəcəyi praktik addımlar sayəsində bərpa edilməli olduğunu söyləyib
“Əvvəlki razılaşmalar üzrə öhdəliklər yerinə yetirilərsə, danışıqları davam etdirmək imkanı yaranacaq”, – İran prezidenti bildirib.
O əlavə edib ki, gələcək hadisələr ABŞ-ın mövqeyindən və davranışından asılıdır.
Martın 28-də ABŞ Prezident Donald Tramp deyib ki, əgər respublika hakimiyyəti Vaşinqtonla nüvə proqramı ilə bağlı razılığa gəlməsə, İranın başına “pis hadisələr gələ bilər”.
ABŞ lideri İran hakimiyyətinə göndərdiyi məktubu xatırladıb. Orada o, ya Vaşinqton və Tehranın danışıb məsələləri müzakirə edəcəyini, ya da İranın bunun nəticələri ilə üzləşəcəyini qeyd edib.
Bu gün isə o, Tehranı nüvə silahı istehsal etməmək barədə razılığa gəlmədiyi təqdirdə görünməmiş bombardmanlarla hədələyib.