Pencəyin qollarındakı düymələrin təyinatı məlum oldu
Pencəklərin qollarında yerləşən düymələrin təyinatı açıqlanıb.
Bu barədə bir neçə versiya irəli sürülüb.
Birinci nəzəriyyəyə görə, düymələr ilk dəfə I Yelizaveta və Napoleon Bonapartın sayəsində gigiyena səbəbi ilə hərbi geyimlərdə peyda olub. Ehtimal olunur ki, əsgərlər paltarları ilə çirkli üzlərini və yaralarını silirdilər, düymələr isə ləkə qalmamaq üçün onlara geyimlərinin qollarını açmağa imkan verib.
Bundan əlavə, mütəxəssislərin fikrincə, əvvəllər kişilər pencəkləri hətta ağır işlər zamanı da geyinirdilər. Bu baxımdan düymələr ağır iş zamanı pencəyin onu geyinən şəxsin hərəkətinə mane olmaması üçün qollara tikilməyə başlayıb.
Daha bir fərziyyəyə görə isə düymələr yalnız dekorativ məqsədlər üçün əlavə olunub.
Mənbə: lenta.ru