Paytaxt sakinlərinə XƏBƏRDARLIQ:Sabah küçəyə cıxmayın-RƏSMİ
Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə sabah, yanvar ayının 2-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.
AzTimes.az bildirir ki, bu barədə “SAVAŞ”-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.