“Pay sahiblərinin” səngimək bilməyən oyunları-ŞOK detallar

Baxılıb:375
“Pay sahiblərinin” səngimək bilməyən oyunları-ŞOK detallar

Ölkədə hakimiyyətin ” pay sahiblərinin ” qalmaqallı olayları səngimək bilmir. Belə gedərsə hələ ” bu xəmirin çox su aparacağı ” qənaəti daha leqal görünməkdədir. Sonuncu olaraq uzun illər Prezidentin köməkçisi işləmiş Ə.Həsənovun mülklərinin siyahısı dərc olundu. Sözsüz ki , dərc olunmuş bu siyahı bizim məmləkət üçün “fövqəltəbii “deyildi. Hansı məmurun varidatı yoxdur ki..
Hamının var, yalnız , az çox fərqi ilə bir – birlərindən seçilirlər. Sadəcə , bu insanların hakimiyyətdə ” pay sahibləri ” olduğu halda daha da irəliyə gedərək ” dövlət çevrilişinə ” istəkdə bulunması düşünülməsi gərək olan prosesdir. Şəxsimə gəldikdə , Ə.Həsənov – R.Mehdiyev ittifaqınınn iddia olunan bu planının olmasına şübhə ilə yanaşıram. Çünki, hakimiyyətin bütün resursları əllərində cəmləşdiyi zaman bunu edə bilmələri daha real olduğu zamanlarda ( hələ də tam getməyib) etməmələri qəribə görünür. Hakimiyyətin bu və ya digər səbəbdən uzaqlaşdırılan məmurunun xalq üçün hansısa bir fədakarlığı heç yadıma gəlmir. Şəxsi mənafelər hər zaman hakimiyyətdaxili münaqişələrin formalaşmasına şərait yaradıb. Tarixən də bu belə olub. Məqsədi müəyyən bir ərazini işğal etmək olmayan sərkərdə bac – xərac alaraq geri çəkilib. Və maraqlısı da odur ki, qorxudan ona verilən bac – xərac bəxşiş kimi dəyərləndirilib.
Beləcə, yarıməsrlik hakimiyyət sütünu olan R.Mehdiyevin məşhur ” toy qalmaqalı ” da bu “bəxşişlərlərdən ” kənarda qalmasına görə düzənlənmişdi. Sizcə , R. Mehdiyevin toya dəvət etdiklərini yığıb şəxsi təyyarələrlə, səssizcə hansısa bir adada toy etmək imkanı yox idimi ? Sözsüz ki , var idi. Bəs səbəb ?
Bəziləri bunu hakimiyyətin R. Mehdiyevlə razılaşdırılmış planı kimi təqdim edir. Amma , əlində yetərincə ” pay ” və ” kart ” olduğu halda bu plan R.Mehdiyevin nəyinə lazımdı ki .. ?
Son günlər Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğlu, Dövlət Miqrasiya Xidməti rəisinin müavini general-mayor Rza Talıbova məxsus profildən açıq şəkildə paylaşılan status yuxarıda qeyd etdiklərimin təhlilində yanılmadığımı göstərir. Statusda Rza Talıbov Ramiz Mehdiyevə qarşı kampani aparanları hədələyib:
“Ölkəmizin qurucusu ulu öndərimizin davamçısı cənab prezident İlham Əliyevə yarınmaq üçün süfrəmizin artıgıyla böyüyənlər boşluqdan istifadə edib vəzifəyə gəliblər. Gələn kimi Akademik R.Mehdiyev kimi layiqli şəxiyyətləri ləkələməyə çalışırlar. Başınız üçün deyil, agıllı olun, kimliyindən aslı olmayaraq hamınız cəzalanacaksınız. Bu sifarişli yazını yazdranları da bilirik, etdiyiniz cinayəti cəzasız qoymayacağıq, qazdıgınız quyuya özünüzü salacağıq, bir az qazın, dərin olsun, görəcəksiz…”
Bu status hətta R.Talıbovun özünün yox, adından deyilirsə belə yenə ismarıcdır. ” Pay sahibliyindən ” ” pay”ı azaldılmış bir gücün ( məhz gücün ) ismarıcı. Nədənsə bu ismarıc hələ uzun müddət əvvəllərdən mətbuatda dəfələrlə hallandırılan və hər dəfə də cavabsız qalan ” Kürd mafiyası ” adlandırılmış ” güc”lərin ismarıcına daha çox bənzəyir. Qeyd edim ki , bu ” güc”ləri hətta PKK – ya bənzədənlər də olmuşdu.
Hələ 2016 – cı ildə Kəlbəcər rayonundan olan 1995 – ci ildən 2005 – ci ilə qədər iki çağırış Milli Məclisin deputatı olmuş , professor Şahlar Əsgərov :
“Bu gün “kürd milləti” sözünü eşidən zaman kürdlərin ancaq PKK-çı və terrorçu olduğu barədəki düşüncənin haradan gəldiyini bilmirəm. Belə bir yanaşmanın nə dərəcədə obyektiv olduğunu deyə bilmərəm. Bunu qiymətləndirmək çox çətindir. Bütün dünyada mono millətdən təşkil olunmuş, monoetnik dövlət kimi ancaq Ermənistanı göstərmək olar”. – demişdi. ( Modern.az 23 fevral 2016- cı il)
Professor Şahlar Əsgərov kürd mənşəli şəxslərin vəzifədə olmasında danışarkən əlavə edib ki ,
“Kürd mənşəli insanlar Azərbaycan hakimiyyətində hər zaman olub”
Dəfələrlə bu və ya digər formalı yazılar yazılmasına baxmayaraq, Azərbaycan hakimiyyəti bölücü kürdlərlə bağlı münasibətlərinə hansısa formada izahat verməyib.
Bu kimi məsələlərin cavablandırılmaması isə hər zaman cəmiyyətdə şübhələrin ayaqlanmasına nədən olub.
Azərbaycanda bölücü kürd qruplaşmasının böyük siyasi və iqtisadi qüdrətə malik olması haqqında söz – söhbətlər heç vaxt tükənməyib. Və bu qruplaşmanın hətta ölkənin idarə olunmasında da müstəsna söz sahibi olması hər zaman aldığı ” pay” ın hesabına başa gəlib.
Elə buna görə də bu gün Azərbaycanın mərkəzində oturub, Azərbaycan dövlətinin havasını udub, çörəyini yemələrinə rəğmən müəyyən qruplar var ki, açıq-aşkar türk düşmənçiliyi edərək , ənənəvi rus sədaqətini nümayiş etdirməkdədir . Və son baş verənlərdə də görünən bir az da irəli gedərək ” rus payının azaldılması “nı deməyə imkan verir. Və sözsüz ki , bu ” payı ” itirməmək üçün ” pay sahibləri ” dirəniş göstərəcək. Amma nə qədər alınacaqsa…
Ümumilikdə hər zaman bu ” pay sahiblərinin” ” payının ” azalması məsələsi ortaya çıxdıqda hər dəfə müxtəlif ” plan”lar cızılmış və ” tədbirlər ” həyata keçirilmişdi.
Diqqətinizi yaxın keçmişdə bir qrup kürd gəncinin adından Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanan müraciəti xatırlamağa cəlb etmək istərdim.
Həmin müraciətdə idda olunurdu ki, guya Azərbaycanda kürdlərin milli azlıq kimi hüquqları tapdanır. Bunun başdan-başa ağ yalan olmasına baxmayaraq, həmin müraciətin məqsədli şəkildə təşkil olunduğu kimsə üçün sirr deyildi.
Sonradan bu fikrin kimlər tərəfindən formalaşması meydana çıxdı. Və sözsüz bu baxımdan məsələnin görünən və görünməyən tərəfləri yarandı.
Təbii ki, məsələnin görünən tərəfində dayanan «Diplomat» qəzetinin baş redaktoru Tahir Süleyman adlı şəxs oldusa da, sözsüz ki, o bu məsələdə tək olmamışdı. Xatırlatmaq üçün qeyd edim ki , Tahir Süleyman Bakıda «Diplomat-Kürd» adlı qəzet nəşr etdirirdi və rusca, türkcə, kürdcə səhifələri olan bu qəzetdə Türk dünyasının əleyhinə materiallar yerləşdirmişdi. Özünün təsdiqini tapmasa belə Tahir Süleymanın arxasında Prezidentin şəxsi ” “oxranası ” Bəylər Eyyubovun durduğu söylənilirdi.( T. Süleyman B.Eyyubovun xalasıoğlunun bacanağı idi ).
Maraqlı budur ki , son günlərdə , mövcud epidemiya şəraitində toy edənlərdən biri də B. Eyyubov olub. Düzdür, bu toy R.Mehdiyevgilin toyu kimi geniş əks – səda doğurmadı. Amma , keçirilməsi faktı mövcud idi. Bütün bu mövcudluqlara rəğmən təəssüf doğursa da deməliyik ki , hər zaman hakimiyyətlərin “pay bölgüsü”ndən bir tək kənarda Xalq qalıb və hər zaman da şəxsi maraqlar Azərbaycan xalqının milli dövlətçilik maraqlarından daha ümdə hesab olunub. Bu isə bütün zamanlar üçün yolverilməzdir və heç də yaxşı nəticələnməyib.

Mehriban Sadıqova AzTimes.az


Abunəlik