Paşinyandan Qarabağla bağlı yeni etiraf: 30 il öncə danışıqlarda nələr olub?
“1994-cü ildən, yəni atəşkəsdən sonra başlanan danışıqlar prosesi Qarabağın Azərbaycana qaytarılması ilə bağlı olub”.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “facebook” səhifəsində paylaşım edib.
O qeyd edib ki, danışıqlar prosesinin məzmunu yox idi, başqa məzmunlu söhbətlər Ermənistanın sırf daxili siyasi problemlərinin həlli üçün aparılırdı.
“Bu kontekstdə mən çox böyük səhv etdim. 2018-ci ildə danışıqların məzmunu ilə tanış olanda bu faktları özümə etiraf etmədim. Vətənpərvərliyim bunu etməyə imkan vermədi, ona görə bütün bunları insanlara çatdırmadım”, – o etiraf edib.