Paşinyandan erməni kilsələri ilə bağlı şok sözlər: Nə vaxta qədər belə saxta ola bilərsən?

Baxılıb:37
Paşinyandan erməni kilsələri ilə bağlı şok sözlər: Nə vaxta qədər belə saxta ola bilərsən?

Mən rəsmən deyirəm ki, kilsələrimiz zibil şkaflarına çevrilib. 

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 29-da hökumətin iclasında deyib.

O, kilsələrə münasibətdən narazılığını bildirib. Onun sözlərinə görə, kilsələrdə tez-tez sement torbaları, köhnə “Abalovka” parçaları, köhnə, paslı armaturlar saxlanılır.

“Kilsəyə girirsən və birdən orada zibil görürsən, kiminsə köhnə paltarını, kiminsə ayaqqabısını… Nə vaxta qədər belə saxta ola bilərsən?” baş nazir qeyd edib.

Paşinyan təhsil, elm, mədəniyyət və idman nazirini kilsələr üçün standartlar yaratmağa çağırıb.


Abunəlik