Paşinyandan “Basarkeçər təslim edilir” xəbərinə reaksiya: İnsanlar unudurlar ki…
Orada pasport şöbəsi bağlandıqdan sonra “Basarkeçər təslim edilir” deyən insanlar unudurlar ki, orada və başqa şəhər və kəndlərdə xəstəxanalar, məktəblər, yollar tikilir.
Bu barədə Ermənistanın Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib.
“Yəni Basarkeçərdə (Vardenis) və başqa yerlərdə xəstəxanalar, su kəmərləri, yollar çəkməyimizə əhəmiyyət vermirlər. Onda gəlin hər kənddə 12 pasport şöbəsi və mənzil kontorlu 6 kadastr açaq. Belə çıxır ki, əsas olan budur”, – deyə Paşinyan istehza ilə bildirib.
O qeyd edib ki, pasport şöbələrinin ixtisarı ilə yanaşı, hökumət dövlət xidmətləri sisteminin onlayn rejimdə keçirilməsi üçün hər şeyi edir ki, onlar kəndlərdən 20-30 kilometr məsafə qət edib, sonra saatlarla növbələrdə dayanmasınlar.