Paşinyan türk jurnalistlərə nə deyib? – İrəvan Moskvanı Ankara ilə əvəzləyir
Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində Türkiyə media nümayəndələrinə müsahibə verdiyini bildirən qısa video yayımlayıb.
Ermənistan mətbuatının iddiasına görə, Nikol Paşinyan türk jurnalistlərə müsahibəsində Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, sərhədin ilkin şərt olmadan açılması, eləcə də soyqırımın tanınma tarixinə yenidən nəzər salmaq və Meğqi vasitəsilə maneəsiz dəmir yolu yüklərinin daşınmasını təmin etmək istəyindən danışıb.
Ermənistanda bəzi politoloqlar iddia edirlər ki, Paşinyanın bu müsahibəsi mesaj sayılmalıdır. Guya Paşinyan Türkiyə prezidenti Ərdoğanla yaxın təmasda olmaqla, Rusiyanı Türkiyə ilə əvəzləməyə hazırlaşır.