Paşinyan sülh müqaviləsindən danışdı: Bakının şərtlərini yerinə yetirməliyik!
“Biz bir ay ərzində sülh müqaviləsini imzalamağa hazır olduğumuzu bildirdik”.
Bu haqda Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərlə söhbətində deyib.
“Bu, o deməkdir ki, bizim qiymətləndirməmizə görə, sülh müqaviləsinin hazırkı mətni kifayət qədər yetkindir və son nöqtələr əvvəllər təsdiq edilmiş ikitərəfli sazişlər əsasında düzəldilə, yekun formaya gətirilə və imzalana bilər. Azərbaycan Prezidentinin özü bəyan etdi ki, rəsmi Bakı Praqa sazişlərinə və Almatı bəyannaməsinə sadiqdir. Biz bu prinsipləri Brüssel, Soçi və Praqadan gələn bəyanatlarda təsbit etmişik”, – deyə Paşinyan qeyd edib.
Xatırladaq ki, bu yaxınlarda Azərbaycan prezidenti bəyan etmişdi ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilmədən Bakı sülh müqaviləsi imzalamayacaq.
“Ermənistanın hazırkı Konstitusiyası dəyişməz qalarsa, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması sadəcə mümkün deyil”, – deyə Paşinyan əlavə edib.