Paşinyan son döyüşlərdə məğlubiyyəti etiraf etdi
Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının Minskdə keçirilən geniştərkibli iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Silahlı Qüvvələri ilə son döyüşlərdə məğlub olduqlarını etiraf edib.
AzTimes.az Trend- ə istinadən bildirir ki, erməni Baş nazir Prezident İlham Əliyevin qeyd-şərtsiz qələbəsini qəbul edib.
Paşinyan bildirib ki, sülh danışıqlarına alternativ variant yoxdur. O qeyd edib: “Münaqişənin güc yolu ilə həlli yoxdur və sülh danışıqlarına alternativ mövcud deyil”.