Paşinyan Qarabağla bağlı hər şeyi açıqladı:Əliyev 10 il öncə…

Baxılıb:859
Paşinyan Qarabağla bağlı hər şeyi açıqladı:Əliyev 10 il öncə…

“İlham Əliyev Qarabağın Azərbaycanın tərkibindən kənarda statusunun olması məsələsini hələ 2011-ci ildə gündəmdən çıxarmışdı”.

AzTimes.az  
Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin baş verməsi səbəbləri haqqında qələmə aldığı məqaləsində yazıb.

Münaqişənin tarixinə ekskurs edən Paşinyan müharibənin qaçılmaz olduğunu yazır.

“Cəmiyyətin əsas hissəsi bu sualı verir? 44 günlük müharibə niyə baş verdi, ondan qaçmaq mümkün deyildimi? Bu suala cavabın xülasəsi belədir: Dağlıq Qarabağ məsələsində hansısa hadisənin olması anı yetişmişdi. Niyə? Son 10 ildə Qarabağ münaqişəsi üzrə danışıqlarda bir neçə həll prosesi var idi. Kazan prosesi ilk sırada gəlirdi. Bu təklifə görə, 5+2 düsturu üzrə rayonlar Azərbaycana qaytarılması, Qarabağa aralıq status verilməli və qaçqınların qayıdışından sonra son status referendum yolu ilə həll edilməli idi. Lakin gözlənilməz hadisə baş verdi: İlham Əliyev 2011-ci ilin 24 iyununda Kazan sənədini imzalamaqdan imtina etdi. Serj Sarkisyan 2016-cı ilin 17 noyabrda “Rossia” telekanalına müsahibəsində bu haqda danışırdı ki, Ermənistan 7 rayonu qaytarmağa hazır idi, amma Azərbaycana daha çox şey istəyirdi. Daha böyük nə ola bilərdi? Kazan sənədini imzalamayan İlham Əliyev bunun cavabını verdi: Qarabağın Azərbaycanın tərkibindən kənar statusu ola bilməz. O, bunu 2011-ci ildə istisna etmişdi”, – Paşinyan yazır.

Və bu, iki məqamı önə çıxarır:

1. Azərbaycan Prezidenti işğal altındakı torpaqların tam azad edilməsi prosesinə illər öncə hazırlaşıb və 7 rayonun qaytarılmasından məhz buna görə imtina edib;
2. Bakı Qarabağın statusu məsələsindən hələ 2011-ci ildə imtina edib və Vətən müharibəsindən sonra üç bölgədə – Xankəndi, Xocavənd və Xocalıda ermənilərə hər-hansı idarəçilik, hətta mədəni muxtariyyət belə verilməyəcək. Oradakı ermənilərə yalnız bir təklif verilir: Azərbaycan vətəndaşlığı;


Abunəlik