Paşinyan Mirzoyanı pərt etdi: Mal-qara işinə baş qoşma, öz işinlə məşğul ol
“Dövlət mal-qaranın yarı qiymətinə subsidiya verməyə başlasa, istədiyi mal-qara növünü alıb kəndlilərə yarı qiymətinə versə, daha düzgün olmazdımı?”
Bunu avqustun 22-də hökumətin iclasında heyvandarlığın inkişafı proqramının müzakirəsi zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Ermənistanın baş naziri Nikol Paşinyan isə cavabında onu pərt edib: “Bəs dövlət bu mal-qaranı harada saxlayacaq? Onun yarısı öləcək. Bu o deməkdir ki, dövlət ən azı bir həftə maldarlıqla məşğul olmalıdır. Və bunu kim edəcək? Xarici İşlər Nazirliyi öz işi ilə məşğul olsa, daha yaxşıdır”.