Paşinyan Makronun qəbuluna gedir: Ona nəyin hesabatını verəcək, hansı təlimatlar alacaq?

Baxılıb:59
Paşinyan Makronun qəbuluna gedir: Ona nəyin hesabatını verəcək, hansı təlimatlar alacaq?

Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib.

Paşinyan Fransada iki gün – 3-5 oktyabrda səfərdə olacaq.

Paşinyanın ofisinin rəsmi açıqlamasında bildirilir ki, erməni baş nazir Fransa prezidenti Emmanuel Makron və baş nazir Mişel Barnierlə görüşlər keçirəcək. Həmçinin, Beynəlxalq Frankofoniya Təşkilatının növbəti sammitində iştirak edəcək.

Səfərin pərdəarxasındakı məqsədlərə gəlincə, Paşinyanın bölgədə baş verənləri Makronla müzakirə edəcək, ondan yeni təlimatlar alacaq. Eyni zamanda, erməni baş nazir ölkəsinin silahlanmasında Fransadan yeni dəstək istəyə bilər.


Abunəlik