Paşinyan hədələdi, nazirlik Rusiyanın “Birinci kanal”ını BLOKLADI

Baxılıb:126
Paşinyan hədələdi, nazirlik Rusiyanın “Birinci kanal”ını BLOKLADI

Rusiyanın “Birinci kanal”ının erməni multipleksində yayımı dayandırılıb.

Bu barədə “Armenpress” agentliyi ölkənin yüksək texnoloji sənaye naziri Mxitar Ayrapetyana istinadən məlumat yayıb .

Onun sözlərinə görə, bu kanal iki ay yarım borc yığaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməyib.

“Rusiya kanalının ictimai multipleksdə yayımı borc tam ödənilənə qədər müvəqqəti olaraq dayandırılıb”, – Mxitaryan bildirib.

Mayın 7-də Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın tələblərinə məhəl qoymasalar, ölkədəki Rusiya kanallarını bağlamaqla hədələyib .

Ermənistan liderinin fikrincə, ölkənin daxili siyasətinə qarşı hörmətsiz münasibət kanalların fəaliyyətinin dayandırılmasına gətirib çıxaracaq. O qeyd edib ki, Rusiya kanalları artıq bununla bağlı çoxsaylı xəbərdarlıqlar alıblar.

2023-cü ilin dekabrında Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi Rusiya televiziya kanalları tərəfindən ölkənin daxili işlərinə qarışmamaq haqqında sazişin pozulmasının müzakirəsi xahişi ilə Rusiya tərəfinə rəsmi müraciət edib .


Abunəlik