Paralimpiyaçımız Almaniyada gümüş medal qazandı
Azərbaycan para-üzgüçüsü Raman Saley Almaniyanın paytaxtı Berlində keçirilən paraüzgüçülük üzrə dünya seriyası yarışında gümüş medal qazanıb.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, Tokio-2020 Yay Paralimpiya Oyunlarının üçqat qalibi 100 metrə arxası üstə üzmədə 1:01.09 nəticə göstərib.
29 yaşlı idmançı bu nəticə ilə ikinci yeri tutub.
Qeyd edək ki, dünya seriyasında üç idmançı ilə təmsil olunan Azərbaycan millisi ümumilikdə 4 gümüş medal qazanıb.