Pakistandan Fransaya AĞIR ZƏRBƏ – Bu şirkətin səhmləri kəskin ucuzlaşdı

Baxılıb:39
Pakistandan Fransaya AĞIR ZƏRBƏ – Bu şirkətin səhmləri kəskin ucuzlaşdı

“Rafale” qırıcılarının istehsalçısı olan Fransanın “Dassault Aviation” şirkətinin səhmləri kəskin şəkildə (6%) ucuzlaşıb.

Bu barədə “Samaa” TV məlumat yayıb.

Bildirilib ki, buna səbəb Pakistanın Hərbi Hava Qüvvələrinin nəzarət xəttində artan hərbi gərginlikdən sonra üç “Rafale” qıcısı da daxil olmaqla, 5 Hindistan təyyarəsini vurması olub.

Pakistan Hindistan təyyarələrinin hava məkanını keçməzdən əvvəl məhv edildiyini bildirib.

“Təyyarələrimizdən heç birinə ziyan dəyməyib. Bütün bölmələr təhlükəsiz şəkildə bazaya qayıdıb”, – deyə Pakistan ordusunun sözçüsü hərbi hava qüvvələrinin əməliyyat hazırlığını və Pakistanın hava məkanını qorumaq öhdəliyini vurğulayaraq təsdiqləyib.


Abunəlik