Özünüzdən 20 dəfə böyük birinə qarşı müharibəyə başlamısınız, indi isə… – Trampdan Zelenskiyə cavab

Baxılıb:42
Özünüzdən 20 dəfə böyük birinə qarşı müharibəyə başlamısınız, indi isə… – Trampdan Zelenskiyə cavab

Kiyev mütəmadi olaraq Vaşinqtona müraciət edir və raket satmağı xahiş edir.

Bunu ABŞ prezidenti Donald Tramp mətbuat konfransında deyib.

“O, (Ukrayna prezidenti Vladimir Zelenskini nəzərdə tutur – red.) həmişə raket əldə etməyə çalışır. Baxın, müharibəyə başlayanda siz onu qazana biləcəyinizə əmin olmalı idiniz, elə deyilmi? Siz özünüzdən 20 dəfə böyük birinə qarşı müharibəyə başlamısınız və insanların sizə raketlər verəcəyinə ümid edirsiniz”, – Amerika lideri bildirib.

Qeyd edək ki, bir gün əvvəl Zelenski “CBS” telekanalına müsahibəsində ABŞ-ın Ukraynanı “Patriot” hava hücumundan müdafiə sistemləri ilə təmin etməməsindən şikayətlənib. Zelenskinin sözlərinə görə, ABŞ belə imkanı olmadığını deyir, eyni zamanda Patriot sistemlərini İsrailə ötürür. Ukrayna prezidenti əlavə edib ki, Kiyev ABŞ-dan 15 milyard dollara 10 Patriot almağa hazırdır.


Abunəlik