Özbəkistanda rus dili qalmaqalı: Moskva açıqlama tələb etdi

Baxılıb:57
Özbəkistanda rus dili qalmaqalı: Moskva açıqlama tələb etdi

Daşkənddəki məktəbdə uşaqlara qarşı zorakılığı əks etdirən videonun internetdə yayılmasından sonra Rusiya Özbəkistandan açıqlama tələb edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

Bundan əvvəl internetdə Daşkənddəki məktəblərin birində müəllimlə şagird arasında münaqişənin baş verdiyi ilə bağlı video yayılıb. Medianın yazdığı kimi, müəllim şagird materialı rus dilində izah etməsini xahiş etdiyi üçün ona hücum edib.

Zaxarova videonun məzmunundan hədsiz narahat olduğunu bildirib və tələbəyə rəğbətini ifadə edib. Onun sözlərinə görə, Moskva Daşkənddən açıqlama istəyib. Diplomat qeyd edib ki, dost ölkələr arasında münasibətlərdə belə düşmənçiliyə yer olmamalıdır.

Zaxarova əlavə edib ki, Özbəkistandan baş verənlərə hüquqi qiymət verilməsini və uşaqlara qarşı zorakılığa görə məsuliyyət daşıyanlara qarşı tədbir görülməsini istəyib. “Moskva məsələni nəzarətdə saxlayır”, – deyə diplomat yekunlaşdırıb.


Abunəlik