“Öz qərarlarına özləri əməl etmirlər” – İLGİNC

Baxılıb:174
“Öz qərarlarına özləri əməl etmirlər” – İLGİNC

2020-ci ilin 1 rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev və Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyev birgə qərara imza atmaqla , pandemiya dövründə işçilərin işdən azad olunmasının yolverilməz olduğunu, məsələyə həssas yanaşmalarını idarə-müəssisə rəhbərlərinin nəzərinə çatdırdılar.İlk baxışdan ədalətli, əhalinin mənafeyinə uyğun hesab olunan qərar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özündə icra olunurmu? Görünən odur ki,öz qərarlarına özləri əməl etmirlər.Nazirliyin tabeliyində olan qurumlar qeyd olunan qərara zidd olaraq öz işçilərinin kütləvi olaraq işdən çıxarılmasına start verdi.Ölkə üzrə əvvəldən ərizələri alınmaqla xeyli əməkdaşlarını müxtəlif bəhanələr gətirilərək işdən azad etmişdir. Bu səbəblərdən biri də struktur dəyişikliyidir. “Publik hüquqi şəxsin” yaradılması. Bu addım fəaliyyətin təkmilləşdirilməsi kimi başa düşüləndir.Lakin bu adla işçinin ərizəsini almaq , yenidən işlərinə başlayacaqlarını vəd edərək ( belə etməsələr heç kəs öz istəyilə işdən çıxma ərizəsi yazmaz)onların iş qabiliyyətlərini, savadını, təcrübəsini və ailə vəziyyətini nəzərə almadan, nəhayət ədalət prinsipi gözlənilmədən işlərindən uzaqlaşdırıblar. Təəccüblüsü də odur ki, ərizələrinin alınması ilə öz işçilərinin hüququnu tələb etməsi, müvafiq kompensasiya almaq inkanlarını da əllərindən almış oldular. Bəli,əhalinin sosial müdafiəsi ilə məşğul olan nazirlik, öz mütəxəsislərini də müdafiəsiz duruma salıblar.

Şahin Verdiyev
 //gundemxeber.az//


Abunəlik